Futbol azarkeşlərinin çoxdan gözlədiyi avrokubok qarşılaşmaları ötən gündən etibarən start götürüb.
Oxu.Azxəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində dörd qarşılaşma keçirilib.
Bu gün isə daha dördoyun keçiriləcək və 1/4 finalın bütün cütlükləri bəlli olacaq.
Bərpa olunan mövsümün ilk iki qarşılaşması eyni hesabla başa çatıb – 3:0.
Belə ki, ilk qarşılaşmada doğma meydanda qazanılmış bir topluq üstünlük (1:0) olsa da, hazırkı Türkiyə çempionu "Başakşehir” "Kopenhagen” səddini keçə bilməyib. Evində "Şaxtyor”a ilk matçda 1:2 hesabı ilə uduzan "Volfsburq”da Ukraynada böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib.
Gecənin oyunlarında isə, xəbər verdiyimiz kimi, "İnter” və "Mançester Yunayted” növbəti mərhələyə adlayıblar. "İnter” "Hetafe”dən, "Mançester Yunayted” isə LASK-dan üstün olub.
Avropa Liqasında həyəcan bu gün keçiriləcək dördmatçla davam edəcək:
21:55"Bayer” (Leverkuzen, Almaniya) - "Reyncers” (Şotlandiya) (ilk oyunun nəticəsi - 3:1)
21:55"Sevilya”(İspaniya) - "Roma”(İtaliya) (Matç Almaniyanın Duysburq şəhərində keçiriləcək. İlk oyun oynanılmayıb və cütlüyün taleyi bir oyunda həll ediləcək)
00:00"Bazel” (İsveçrə) - "Ayntraxt” (Almaniya)(ilk oyunun nəticəsi - 3:0)
00:00"Vulverhempton” (İngiltərə) - "Olimpiakos” (Yunanıstan)(ilk oyunun nəticəsi - 1:1)