XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Yuxu - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:48 / 06.08.2020

"Bir qadına..." silsiləsindən

Mənə bir yuxu danış -
Çin olası bir yuxu...
Bütün yuxularıma -
Din olası bir yuxu!..

Ürək yanıb, yuxalıb
Özün haldan çıxarıb...
Danışdıqca coxalıb -
Min olası bir yuxu...

Ruh oxşaya söz bağı
Vağanıya qəm tağı...
Həsrətimə göz dağı -
Tin olası bir yuxu...

Bu yuxuda cüt olam
Pir , yada ki, büt olam...
Lap o qədər küt olam -
Deyəm yuxun -sirr yuxu!


1193 oxunub

InvestAZ