XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Son nəfəsin arzusu - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 11:34 / 05.08.2020

" Bir qadına..." silsiləsindən

Göz-gözə, diz - dizə, nəfəs - nəfəsə
Mən belə olmuşam dərdlə qolboyun...
Hərdən həsrətimlə salın qəfəsə -
Bizi bu həyatdan doymağa qoyun...

Çəkilib dinçliyim candan yuxu tək
Əriyib gündüzüm gecə biçimdə...
Adın çəkdiyiniz ruhun çoxu tək -
Salavat çevirin mənim üçün də!

Qibləmi tapmışam , dinim -sevgidi
Məndən keçəcəkdi dözümün yolu...
Bu göydən gəlibdi. bu bir vergidi -
Səndə tamamlanır gözümün yolu!..

Ahımı saç kimi susub hörürəm
Aramız bir kiprik məsafəsidi...
Onu , mən özüm tək, hər gün görürəm -
Bu "olum, ya ölüm!" məsələsidi...

...Diz-dizə, göz gözə, nəfəs - nəfəsə
Siz də özünüzü imtahan edin...
Odlanın, alışın... gəlib həvəsə -
Füzuli eşqinin yoluyla gedin...


1114 oxunub

InvestAZ