XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Göyçayda mal-qara oğruları saxlanıldı
KRİMİNAL 14:43 / 04.08.2020

Göyçay Rayon Polis Şöbəsinə rayonun Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 3 min manat olan 2 baş inəyin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib.Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.


974 oxunub

InvestAZ