XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



ÜST-dən qorxunc açıqlama: "Əlac tapılmaya bilər"
Sağlamlıq 16:04 / 04.08.2020

"Pandemiya problemini həll edəcək sehrli bir açar hələ ki yoxdur. Bəlkə də heç vaxt olmayacaq”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, COVİD-19 peyvəndinin tapılmasında ümidlər var, amma heç vaxt tapılmamaq ehtimalı da yüksəkdir.

Maskaların dünya miqyasında bir müqavimət hərəkatı simvolu olduğunu ifadə edən baş katib pandemiyanı nəzarətdə saxlaya bilmək üçün maskadan istifadə və sosial məsafənin qorunmasının vacib olduğunu vurğulayıb.

Hazırda dünyada iki fərqli təməldə peyvənd hazırlanır. Birincisi, virusun genetik kodu üzərindən peyvənd hazırlanması nəzərdə tutulur. Digərində isə zəiflədilmiş və ya zərərsizləşdirilmiş virus üzərindən peyvənd əldə olunması hədəflənib.

ÜST-ün məlumatına görə, hazırda dünya miqyasında 165 peyvənd üzərində iş gedir.


1234 oxunub

InvestAZ