XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Yumşalma qərarı: Bu suallar cavabsız qaldı - Həkim
Sağlamlıq 14:14 / 04.08.2020

Bizim əsas məqsədimiz "evdə qal" karantinini ləğv etmək idi.

Bunu professorAdil QeybullaOperativ Qərargahın avqustun 5-dən sonra sərt karantin rejiminin yumşalması ilə bağlı qərarlarını şərh edərkən deyib. Onun sözlərinə görə, çimərliyin açılması müsbət haldır:

"Nəzərə alsaq ki, SMS ləğv olunub, insanların adi günlərdə küçəyə çıxmaq imkanları yaranıb, bu, müsbət haldır. Bizim əsas məqsədimiz "evdə qal" karantinini ləvg etmək idi. İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır. Çimərliklərin açılması da müsbət addımdır. Çünki insanlar uzun müəddət evdə qalıb, immun sistemi zəifləyib. Həftə sonu ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulub. Belə olan halda insanlar cimərliyə necə gedəcək? Kasıb adamlardır, bunlar nəzərə alınmayıb. Çimərlikdə insanların davranışı ilə bağlı təlimatlar ortada yoxdur. Oturmaq və uzanmaq üçün stollar necə düzülməli, çimərliyə neçə adam buraxılmalı və s. kimi məsələlər cavabsız qalıb. Bunların hamısı vacib məsələdir. Mən bunların heç birini təlimatlarda görmədim".

Adil Qeybulla qeyd edib ki, virusun yayılmaması üçün əsas ictimai nəqliyyatın sayını artırmaqdır:

"Operativ Qərargah may ayında olan yumşalmadan sonra ehtiyatlanır. Görünür, hissə-hissə yumşalmalar olacaq. Əgər belədirsə, təlimatlar ortada olmalıdır. İnsanlar bunu bilməli və davranış qaydalarıma əməl etməlidir. Metro bağlı qaldı. İstəlinən halda yük avtobuslara düşəcək. Çətinliklər yaranacaq. Avtobusların sayını artırmaqla infeksiyanın qarşısının almaq olar. Bu gün avtobuslarda sıxlıq qalmaqdadır və bunun özü təhlükəlidir".


1172 oxunub

InvestAZ