XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Mobil postlar ləğv edilir? – DİN
Gündəm 15:01 / 04.08.2020

Paytaxtın müxtəlif yerlərində təşkil edilən postlar avqustun 31-dək fəaliyyətini davam etdirəcək.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov SMS-icazə ləğv edildikdən sonra paytaxtdakı mobil postların yığışdırılması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, postların ləğv edilməsi barədə yayılan məlumatlar əsassızdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 31-dək davam edir. Bu səbəbdən postların ləğv edilməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Postlar əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Həmçinin şəhərdaxili mobil postlar da. Bakı, Sumqayıt, Abşeron şəhərlərinə giriş-çıxışa qoyulan məhdudiyyət əvvəlki qaydada qalır. Paytaxtdakı mobil postlar yerləri dəyişdirilməklə, mərkəzi küçə və prospektlərdən kənarda da, hətta məhəllədaxili küçələrdə də təşkil edilir. Tərəfimizdən insanların karantin qaydalarına riayət etmələrinə ciddi nəzarət edilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə avqustun 5-dən etibarən SMS-icazə ləğv edildiyi üçün mobil postların da yığışdırılacağı barədə məlumatlar yayılıb.


1138 oxunub

InvestAZ