XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Azərbaycana qarşı təxribat olsa... - Atilla Sertel
SİYASƏT 12:17 / 04.08.2020

Türkiyə Azərbaycana yönəlmiş təxribatlara qarşı bundan sonra da qardaş ölkəmizin yanında olmağa davam edəcək.

Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, İsmir millət vəkili Atilla Sertel deyib. Türkiyəli siyasətçi Azərbaycan-Türkiyə hərbi təlimlərinin də buna bariz nümunə olduğunu söyləyib:

"Naxçıvanda, Bakıda və digər bölgələrdəki birgə təlimlər bir daha bunun təsdiqidir. Biz qardaşıq. Bu qardaşlıq bayraqlarımızın dalğalandığı müddətdə davam edəcəkdir. Azərbaycanın sərhəd bölgəsində törədilən təxibatları Türkiyədəki insanlarımız da diqqətlə izləməkdədir. Türkiyə xalqı bu təxribatları qınayır. Türkiyə Cümhuriyyəti də hər zaman Azərbaycanın yanında olacaqdır. Hesab edirəm ki, bundan sonra da Azərbaycana qarşı hər hansı bir təxribat baş verərsə, Türkiyə diplomatik və hərbi müstəvidə qardaş ölkənin yanında olacaq”.


856 oxunub

InvestAZ