XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Bakı Tikiş Evinin mağazaları açılır: Dərslər başlayır?
MƏMLƏKƏT 17:13 / 04.08.2020

Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov açıqlamasında həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələnin də öz əksini tapdığını bildirib:

"Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq”.

BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:

"Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik”.

E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.


1177 oxunub

InvestAZ