XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
DÜNYA 14:00 / 04.08.2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına tamamilə son qoyacaq "sehirli silah”ın heç zaman olmayacağını və "normallaşmağa” gedən yolun uzun olacağını deyib.

"HaberGlobal” məlumat verir ki, Qebreyesus və ÜST-ün Təcili Yardım bölməsinin rəhbəri Mayk Rayan birgə mətbuat konfransında bütün ölkələri "maskataxmağa, sosial məsafəni qorumağa, əl yumağavə test sayını artırmağa” çağırıblar.

ÜST rəhbəri insanlara və hökumətlərə səslənərək, yoluxmanın qarşısını almaq üçün lazım olan hər şeyi etmələrini istəyib.

Bəzi peyvəndlərin klinik sınağın üçüncü mərhələsində olduğunu vurğulayan Qebreyesus qeyd edib ki, hamımızı infeksiyadan qoruya biləcək vaksinlər hazırlanır, ancaq bu, qəti həll yolu olmaya bilər.



1047 oxunub

InvestAZ