XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Azərbaycanda dəhşətli qətl: Kişi arvadını güllələyib öldürdü - YENİLƏNİB + TƏFƏRRÜAT
KRİMİNAL 10:09 / 04.08.2020

Qazax rayonunda baş verən qətlin bəzi detalları üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətl 16 kalibrli təklülə tüfənglə törədilib.

Belə ki, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz 1973-cü il təvəllüdlü arvadıOsmanlı Maral Baba qızınıgüllələyib.

Cütlüyün üç azyaşlı övladı var.

Cinayəti törədən ər saxlanılıb.

İlkin məlumata görə, kişi cinayəti ehtiyatsızlıqdan törətdiyini deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


08:18

Qazax rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib.

Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


1079 oxunub

InvestAZ