XƏBƏR LENTİ
24 Sentyabr 2020
23 Sentyabr 2020



ÜNVANIM - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:53 / 04.08.2020

"Bir qadına..." silsiləsindən

Ünvanını dəyişməklə. guya ki,
Dolaşdırdın gözlərimin yolunu...
Heç ruhu da girov etmək olarmı -
Bağlamaqla, de , insanın qolunu?

Xəyal perik... qor yataq da xırmandı
Çevrilirəm, qıvrılıram ahımla...
Yenə ağrı ürəyimə dırmandı -
Yenə qaldım mən sevgi günahımla...

Pəncərəmin şüşələrin gün ütür
Qapımı da külək çırpıb üzümə...
Axtar mənim, ömrümdən bir gün götür -
Sənli olsun , baxıb gəlim özümə...

Dəyişsə də bilir Allah və ürək
Ünvanımdı yer üzündə ancaq O!
Mənə də ki, pıçıldamaq ,nə gərək -
Verə bilər, yer özündə ancaq O!


1086 oxunub

InvestAZ