XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Çimərliyə getmək istəyənlər üçün sayt yaradılıb? - RƏSMİ CAVAB
Gündəm 17:38 / 03.08.2020

Ötən gün Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacağı barədə xəbər yayılıb. Onlayn növbə prosedurunu həyata keçirmək üçün "cimerlik.az” saytının hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcəyi qeyd olunub.

Teleqraf.comxəbəri dəqiqləşdirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayıb.

Qərargahdan bu barədə məlumatın olmadığı bildirilib.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva da xəbəri oxuduğunu, lakin məsələdən məlumatsız olduğunu bildidbi: "Sözügedən saytı mən də axtarış verdim, lakin tapa bilmədim. Bu sistem ASAN Xidmət tərəfindən icaze.e-gov.az portalı vasitəsilə tətbiq olunmalıdır".

xxx

10:19

Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.

Onlayn növbə prosedurunu həyata keçirmək üçün "cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.

Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.

Qeyd: "Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib. (avtosfer.az)


1336 oxunub

InvestAZ