XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



BİGANƏLİYİN ŞEİRİ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 15:02 / 03.08.2020

"Bir qadına..." silsiləsindən

Anlar illərə dönür
İçimdə işıq sönür...
Mənimlə bir eşq ölür -
bilmirsən...

Asılıram gumandan
Dağdan enən dumandan...
Səndən umud umanda -
dinmirsən...

Sevə - sevə bu baxdı
Sapa düzürəm vaxtı...
Gözümdən sellər axdı -
silmirsən...

Hakim olub anıma
Çevrildin xəyalıma...
Yaxşı ki, bu halıma -
gülmürsən.

Ancaq Allah, ancaq O
Səvab, günah ancaq O!
Bu gün, sabah ancaq O -
bilmirsən....


1087 oxunub

InvestAZ