XƏBƏR LENTİ
27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020



Ancaq O - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:20 / 03.08.2020

( Yeni kitabımın adı olan şeir)

Qəm şüşəsin qırmağım
Xoşdu, xəyal qurmağım...
Bu dünyada Tur dağım -
ancaq O!

And yerim - pirgahım da
Ən böyük sirgahımda...
Bir ümid , bir ahım da -
ancaq O!

Ocağım, odum, közüm
İlk, həm də ki, son sözüm...
Məni yaşadan dözüm -
ancaq O!

Dan üzüm, aylı gecəm
Onsuz heç kiməm, heçəm!
Bir də doğulub seçsəm -
ancaq O!

Haqqın yerdə zərrəsi
Ruhun şehli- tər səsi!
Ürəyimin pərdəsi -
ancaq O!


1008 oxunub

InvestAZ