XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



QAYTARMA... Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:30 / 02.08.2020

" Bir qadına..." silsiləsindən


Əllərini əllərimdə bilmişəm
Üzü sənə birnəfəsə gəlmişəm...
Mən üzümü tellərinlə silmşəm-
Məni ümid qapısından qaytarma...

Gözlərimin yuxusunu göy çəkib
Bomboz çəkib, qara çəkib, göy çəkib...
Ha əlimə, ayağıma döy çəkib -
Məni ümid qapısından qaytarma...-

İstəyimdi, çox demirəm, bir gilə,
heç olmasa xəyalıma nur çilə!
Sən də , mən tək, Allahımdan dur, dilə-
Məni ümid qapısından qaytarma...

Sən qibləyə dizi üstə baxıram
Son nəfəsəm - son damla tək axıram...
Çökmüş bulud timsalında yağıram -
Məni ümid qapısından qaytarma...



1540 oxunub

InvestAZ