XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



İmmuniteti gücləndirməyin 5 yolu
Sağlamlıq 16:08 / 30.07.2020

"Tamamilə xəstələnmək təhlükəsi sovuşana qədər,isti günlərin gəlməsini gözləməklə evdə oturmaq istəmirəm!" - düşünürsüzsə, belə çətin bir zamanda orqanizminizə kömək edəcək məhsullar haqqında danışırıq.

Dəniz yosunları

Superfoodlardan başlayaq. Daha dəqiq dəsək, xlorella adı ilə hamıya məlum olan yaşıl yosunlar. Təxminən 650 komponentdən ibarətdir və hamısı vacib amin turşuları, yağ turşuları, qiymətli vitaminlər və minerallarla zəngindir. Xlorella xəstəliklərin qarşısının alınması, xüsusən rafinli qidaların həddindən artıq qəbulu, ətraf mühitin çirklənməsi və vitamin azlığından əziyyət çəkənlər üçün əladır.

Təzə sıxılmış şirələr

Milli.Az medicina.az-aistinadən bildirir ki, təzə sıxılmış şirələr həmişə yaxşıdır. Yazda onlar vitamin çatışmazlığı ilə çətin mübarizədə köməkçi vasitədir.

Dadlı olmaqla bərabər, lazımlı vitaminlər kifayət qədərdir. Ən yaxşıların siyahısında yerkökü, portağal, çuğundur, zəncəfil, alma, ispanaq, limon, ananas və kərəvizdən təzə sıxılmış şirələr var. Yeri gəlmişkən, yerkökü orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır, çuğundur toksinləri çıxarır, portağal soyuqdəyməyə kömək edir.

Yoqurtlar

Yoqurtlar əsl vitamin anbarıdır və "canlı" yoqurtlar ikiqat artıq depo deməkdir. Sağlam mikrofloranın mübarizəsində onlar əvəzolunmazdır.

Laktozalı qidalar sevmirsinizsə, menyunuzda qatığa üstünlük verin. Menyuda qatığa üstünlük verməklə, soyuqdəymədən də qorxmursunuz. Əgər onsuz da xəstəsənsə, qatıqdan istifadə bərpa prosesini daha da sürətləndirəcək.

Göbələklər

Göbələklər uzun müddətdir müalicəvi xüsusiyyətləri iləseçilir. Göbələklər Şərqdə xüsusilə təqdir edilirdi və möcüzəvi və dərman məhsulları siyahısına daxil edilmişdi. Stimulyasiyaedici bir təsirə malikdirlər, yorğunluq və depressiya ilə də mübarizə aparırlar.

Sarıkök

Nəhayət, sarıkök. Bu şərq ədviyyatı iltihab əleyhinə təsir göstərir və yoluxucu infeksiyalarla mübarizə apararaq xəstəliklərin qarşısını alır.


2601 oxunub

InvestAZ