XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Rusiya sərhədə qoşun yeridir
Gündəm 15:00 / 30.07.2020

Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

Bunu "İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, "Xəncər” aviasiya kompleksləri, "Peresvet” lazer döyüş kompleksləri və "Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.


2454 oxunub

InvestAZ