XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



BDU-nun yeni yataqxanası necə olacaq? - Prorektor
Elm 12:07 / 30.07.2020

Bakı Dövlət Universitetinin tələbə yataqxanası yeni tədris ilində tələbələrin istifadəsinə veriləcək.

Bunu açıqlamasında universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.

Prorektorun sözlərinə görə, hazırda yataqxana 200-220 tələbəni qəbul etməyə hazırdır:

"Yataqxanada tələbələr üçün hər bir şərait yaradılıb. Camaşırxanasından tutmuş məişət otağına, soyuducusuna, kondisionerinə qədər hər bir nüans nəzərə alınıb. Qiymət hələ müəyyənləşdirilməyib. Bakı Dövlət Universitetinə qəbul olmuş əcnəbi tələbələr də bu yataqxanada qala biləcək”.

Prorektor universitetin növbəti yataqxanasının tikintisi ilə bağlı planlardan da danışıb:

"Bakı Dövlət Universitetinin 24 min tələbəsi var. Yeni yataqxanaların tikilməsi bizim üçün prioritet məsələlərdən biridir. Gələcəkdə də bu işlər davam etdiriləcək”.


422 oxunub

InvestAZ