XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



Bu ölkəni Rusiyadan qorumaq lazım deyil - Tramp
DÜNYA 11:49 / 30.07.2020

Almaniyanı Rusiyadan müdafiə etməyə ehtiyac yoxdur.

Bunu ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb.

"Almaniya hakimiyyəti Rusiyadan ildə milyardlarla dollarlıq enerji alır. Bununla bərabər Almaniya NATO-dakı xərclərini ÜDM-nin 2%-nə çatdırmağı planlaşdırmır. Məhz buna görə ABŞ Almaniyadan qoşunlarının bir hissəsini çıxarır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Müdafiə naziri Mayk Esper Almaniyadan 11,9 min əsgərin çıxarılacağını, onlardan bir hissəsinin ölkəyə geri qaytarılacağını, bir hissəsinin isə digər müttəfiq ölkələrə yerləşdiriləcəyini açıqlayıb.


2189 oxunub

InvestAZ