XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



Qurban bayramı ilə bağlı niyə fitva verilmədi? - Şeyx açıqladı
Gündəm 16:34 / 29.07.2020

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il Qurban bayramı ilə bağlı fitva verilməməsinə aydınlıq gətirib.

O, pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığını deyib.

QMİ sədri qeyd edib ki, bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.

O, din xadimlərinə bildirib ki, bu özəllikləri yerlərdə insanlara çatdırmalı və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilməlidir.


481 oxunub

InvestAZ