XƏBƏR LENTİ
19 İyun 2021
18 İyun 2021
17 İyun 2021
16 İyun 2021



Həbibin döyüşünün yeni vaxtı açıqlandı
İDMAN 15:28 / 29.07.2020

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüşün vaxtı məlum olub.

Bu barədə Rusiya mətbuatına UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma böyük ehtimalla oktyabrın 24-də - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Qeyd edək ki, əvvəlcə döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.


5159 oxunub

InvestAZ