XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



"Azərbaycan gəncliyi öz müqəddəs missiyasından dönməyəcək"
SİYASƏT 11:58 / 27.07.2020
Artıq neçə ildir ki, mənfur Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilmişik və bunun nəticəsində torpaqlarımızın bir hissəsi işğala məruz qalıb. Belə bir şəraitdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.

Mən son günlərdə hər birimizin şahidi olduğu hadisələrə xüsusi olaraq diqqət yetirməyinizi istərdim. Diqqət edin, düşmənin sərhədlərimizə quldur hücumuna Azərbaycan ordusu layiqli cavab verdi, Azərbaycanın müstəqillik tarixində ilk dəfə müxtəlif platformaya, siyasi baxışa malik partiyaların həmrəylik nümayiş etdirdi, xaricdə yaşayan çoxsaylı soydaşlarımız xalqımıza dəstək aksiyaları təşkil etdi, minlərlə həmvətənimiz Azərbaycan Ordusuna dəstək yürüşlər təşkil etdi, on minlərlə şəxs ordu sıralarına könüllü olaraq yazıldı.

Bu proseslərin hamısında Azərbaycan gənci avanqard olaraq çıxış edirdi və xalqın birliyininn bu bariz nümayişi hər birimizdə qürur hissi oyadırdı. Bu gün hamımız Vətən uğrunda savaşdayıq. Hər kəs öz cəbhəsində, öz səngərində, öz silahı ilə bu müqəddəs müharibədə iştirak edir. Azərbaycan gənci bu müharibənin ön sıralarında özünün şərəfli missiyasını daşımağa hər an hazır olduğunu bizlərə nümayiş etdirir. Müasir dünyanın ən yüksək tələblərinə cavab verə bilən gənclərimiz özünün intellektual, mədəni-mənəvi səviyyəsi ilə dünyaya fərqli bir vətəndaş, cəmiyyət üçün fərqli bir fərd modelini təklif edir. Azərbaycan gəncinin sədası bu gün dünyanın ən müasir elmi labaratoriyalarından, dünyanın beyin və güc mərkəzlərindən gəlir. Birinci vitse-prezident Mehriban Əliyeva xalqa ünvanladığı müraciətində cəbhədəki savaşla birlikdə informasiya müharibəsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Bu gün kompüter arxasında, sosial şəbəklərdə düşmənlə üz-üzə duraraq səbr, təmkin, ağıl nümayiş etdirən azərbaycan gənci səngərdə dayanan əsgərlə bərabər böyük məsuliyyət daşıyır. Ölkənin Birinci Xanımı sosial şəbəkələrdə xalqımızın ədalətli mövqeyini bütün dünyaya nümayiş etdirən vətəndaşlarımıza hər bir paylaşımda, hər bir yazıda, hər bir fotoşəkildə məsuliyyətli olmalarını, məkirli düşmənə əleyhimizə ola biləcək heç bir fürsəti verməməyə çağırdı. Bu gün Azərbaycan gənci özünün ruh yüksəkliyi ilə, Vətənin, Ölkə Başçısının çağırışına anında öz səfərbəliyini nümayiş etdirməsiylə bir daha sübut edir ki, bu millətin gələcəyi etibarlı əllərdədir və heç bir qara qüvvə Azərbaycan gəncliyini öz müqəddəs missiyasından yanlış yönə çevirib özlərinin məkirli planlarında istifadə edə bilməyəcəkdir.

Əminə Ağazadə
Milli Məclisin deputatı

749 oxunub

InvestAZ