XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



ÖMRÜMDƏKİ DAN ÜZÜ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:00 / 27.07.2020

"Bir qadına..." silsiləsindən

Sən Dan üzü gətirmisən ömrümə
Şehi də var, ətri də var . səsi də...
Sir deyilki , o. dan üzlü ömrüm də -
Bəyəndirib, sənə bu mən kəsidə !..

İl xəlbiri, gün ələyi işində
Dadı fərqli lam od üstə bişin də!..
Çeynəndikcə həsrətin mən dişində -
Öyrənmişəm azı, çoxu, bəsi də...

Qəmim vardı - heç getməyən uzağa
Bükülürdü öz içimdə üz ağa...
Silib atdı ün yetməyən uzağa -
Yaddaşımdan "nəs" sözün də, nəsi də!..

O , dan üzü - and içdiyim , ancaq O
Hər halından söz biçdiyim ancaq O!
Baxışından "döz!" biçdiyim - ancaq O -
Mənə verdi Ümid adlı dərsi də!..


777 oxunub

InvestAZ