XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



"Real"dan Zidana müddətsiz müqavilə
İDMAN 17:06 / 21.07.2020

"Real"ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Zinəddin Zidanın işindən razı qalıb.

Klub rəhbəri buna görə fransalı mütəxəssisə müddətsiz müqavilə təklif etməyə və onun səlahiyyətlərini genişləndirməyə hazırdır.

Bildirilib ki, Peres Zidanın klubda istədiyi qədər baş məşqçi işləməsini, daha sonra idman direktoru vəzifəsində çalışmasını istəyir.

Prezidentin fikrincə, "Mançester Yunayted"i 26 il çalışdırmış Aleks Fergüsson kimi Zidan da "Real"daqala bilər.

Qeyd edək ki, Zidanın "Kral klubu" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun rəhbərliyi altında komanda cari mövsüm İspaniya çempionu olub.


6792 oxunub

InvestAZ