XƏBƏR LENTİ
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020



Koronavirusa yoluxan xalq artisti Nəzakət Teymurova sağalıb
MƏDƏNİYYƏT 10:50 / 21.07.2020

Koronavirusdan sağalan xalq artirti Nəzakət Teymurova Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edib.

Yenises.az-ın məlumatına görə, bu barədə xalq artisti "Facebook" səhifəsində etdiyi paylaşımda bildirib:

"Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə , amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm ! Allah Sizi qorusun!" - deyə xalq artisti qeyd edib.


1339 oxunub

InvestAZ