XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Roza Zərgərli koronavirusa yoluxdu
Şou biznes 11:00 / 20.07.2020

Müğənni Roza Zərgərli koronavirusayoluxub.

Axşam.az xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır.

O bildirib ki, hazırda səhhəti yaxşıdır:

"Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə "tutqun şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləribir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.


6282 oxunub

InvestAZ