XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



Poliklinikanın şöbə müdiri koronadan öldü
Sağlamlıq 16:14 / 09.07.2020

Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.

Onun iki gün əvvəl işə gələrkən səhhətində problemlər olub.

Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib.

"KT müayinəsinin nəticəsində onda "buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”, - poliklinikadan qeyd olunub.

62 yaşlı həkimin şəkər xəstəliyi də olub.

Poliklinikadan bildirilib ki, hazırda tibb müsəssisəsində koronavirusa yoluxan başqa tibb işçisi yoxdur.

Qeyd edək ki, mətbuatda həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü yazılıb.

TƏBİB-dən isə bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb:

"Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə, yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.


859 oxunub

InvestAZ