XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



Yoluxma bu yolla daha dəqiq aşkarlanır – Ekspert
Gündəm 12:29 / 09.07.2020

Testlərin keyfiyyətsiz olması və bəzən də antitellərin əmələ gəlməməsi səbəbindən koronavirusa yoluxma kompüter tomoqrafiya ilə aşkarlana bilir.

Bunu açıqlamasında professor Adil Qeybulla bəzi şəxslərdə testin neqativ çıxmasına baxmayaraq, kompüter tomoqrafiya zamanı virusa yoluxmanın aşkarlanmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, virusa yoluxmanı aşkarlamaq üçün yalnız bir göstərici kifayət deyil:

"Xəstədə test müayinəsi, kompüter tomoqrafiya və ümumi əlamətlər birgə dəyərləndirilməlidir”.

A.Qeybulla onu da bildirib ki, kompüter tomoqrafiya insan sağlamlığına o qədər də ziyan deyil:

"Kompüter tomoqrafiya rentgen müayinəsidir, hər halda insan sağlamlığına COVİD-19-dan ziyanlı deyil. Bir dəfə kompüter tomoqrafiyadan keçən şəxs 2-3 həftə sonra yenidən ondan istifadə edə bilər”.


813 oxunub

InvestAZ