XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



SƏNİN ÜÇÜN... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:06 / 09.07.2020

"Bir qadına..." silsiləsindən

Sən ovçumun, bir ovuyam
Kipriyinin qırovuyam...
Mən talehin girovuyam -
Sənin üçün!..

Gülmə sevgi adlı dərdə
Lap ruhumu yuyub sər də -
Gözlə qaş arası yerdə -
Sənin üçün!..

Tutduğun həsrət divanı
Yıxa bilməz eşq yuvamı...
Edirəm hər an duamı -
Sənin üçün!..

Günüm . ayım ahdan keçib
Sevdim, tay günahdan keçib!
Doğuldum, Allahdan keçib -
Sənin üçün!..


910 oxunub

InvestAZ