XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



Azərbaycanlı alim: “Koronavirus xərçəng xəstəliyi yarada bilər”
Sağlamlıq 13:23 / 04.07.2020

"COVID-19 insan orqanizmində xərçəng xəstəliyi yarada bilər”.

Oxu.Azxəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

Ə.Məmmədovun sözlərinə görə, virus özünü daha çox üçistiqamətdə büruzə verir:

"Əsas üç istiqamətdən biri insan orqanizmində oksigen təchizatının sürətlə azalmasıdır. İkinci istiqamət orqanizmin hormonal və immun sistemində pozuntular,üçüncü isə insan hüceyrəsinin genomundareparasiya və mutasiyaların baş verməsidir. Baş verən mutasiyalar isə gələcəkdə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər”.

O bildirib ki, boğulmaların əsas səbəbi qanda hemoqlobin zülalının azalmasıdır:

"Bilirik ki, orqanizmdə oksigen daşıyıcısı qanın tərkibində olan hemoqlobin zülalıdır. Onun tərkibində dörddəmir atomu yerləşir. Ağciyərlərdə qaz mübadiləsi zamanı karbon qazı xaric olunarkən oksigen dəmir atomlarına birləşir.

Virus isə birinci olaraq hemoqlobinin tərkibindəki dəmir atomlarını sıradan çıxarır və nəticədə, porfirinəmələ gəlir. Virusun tərkibində olan müəyyən maddələr porfirin ilə birləşir. Bu vəziyyətdə oksigenhemoqlobinin tərkibində qalan dəmirləbirləşə bilmir. Nəticədə, hemoqlobin oksigeni ağciyərlərdən hüceyrələrə daşıya bilmir və insanda boğulma yaranır.

Oksigen orqanlara çatdırıla bilmədiyi üçün insan həyatuğrunda mübarizəsini dayandırır. Xəstələrin bir neçə gün içərisində dünyasını dəyişməsinin əsas səbəbi budur. Sağlam insan olsa da, qısa müddətdə gedən bu proses insanların həyatını itirməsinə səbəb ola bilir”.



1667 oxunub

InvestAZ