XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



HƏSRƏTİM - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 18:36 / 04.07.2020

"Bir qadına..." silsiləsindən


Yenə bu səhərə çən gətirirsən -

Girir aramıza - üşüdür bizi...
Həm gizlin, həm səssiz sən gətirirsən ,
Görür Allahımız, eşidir bizi -
həsrətim...

Dolanır xəyalım. qarışır halım
İçimi, çölümü bürüyür sükut...
Dilimin ucunda ölür sualım ,
Məni arxasınca sürüyür sükut -
həsrətim...

Didir yaddaşımı dişin, dırnağın
Böyüyür gözümün dibində şəkil...
Sənin ürəyimi salıb qırmağın,
Mənim yol ölçməyim, cibimdə şəkil -
həsrətim!..

Fikirlər vuruşur yol tapmaq üçün,
Döyüş meydanına çevrilir başım...
Səfərbər etmişəm ürəyin gücün ,
Udmağa , son dəfə, Vüsal savaşın -
həsrətim!..


1255 oxunub

InvestAZ