XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Ramin Bayramlı: Səhiyyə qurumlarının elə imkanı yoxdur ki, yoluxan hər bir şəxsə nəzarət etsin
Sağlamlıq 18:02 / 03.07.2020

Koronavirusa yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməməsi yoluxma baxımından çox vacib məsələdir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, səhiyyə qurumlarının elə imkanı yoxdur ki, yoluxan hər bir şəxsi yoxlasın və ona nəzarət etsin: "İnsanların özlərinin məsuliyyəti olmalıdır. Hər kəs qaydalara nəzarət etməlidir. Biz xüsusi proqram vasitəsilə evdə müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə nəzarət edirik. Xəstənin vəziyyətində dəyişiklik olduqda müayinələr aparılır”.


798 oxunub

InvestAZ