XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq
Gündəm 17:17 / 03.07.2020

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımmlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanaqlılığına yönəlmişdir.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi birifnqdə Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından aslıdır. Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Bu problemin həlli üçün hamımız səfərbər olmalıyıq, bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik:

"Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".


1026 oxunub

InvestAZ