XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Kürdə batan 17 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB + VİDEO
MƏMLƏKƏT 14:59 / 03.07.2020

Ötən gün Kür çayında batan 17 yaşlı Şirvan şəhər sakinin meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib.

Baku TV xəbər verir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb.

Yeniyetmənin meyiti bu gün səhər saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

11:48

17 yaşlı oğlan Kürdə batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlubatıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.



1008 oxunub

InvestAZ