XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Avropada koronavirusun yeni dalğası gözlənilir
DÜNYA 11:15 / 03.07.2020

Avropada, çox güman ki, payızda koronavirusun yenidən yayılması gözlənilir.

Bunu "RİA Novosti”yə açıqlamasında virusoloq, Bonn Universitetinin Tibb Fakültəsi Virusologiya və HİV Tədqiqatları kafedrasının direktoru, professor Hendrik Ştrik deyib.

Onun sözlərinə görə, Avropada adi tənəffüs xəstəlikləri və əvvəllər bilinən koronaviruslar soyuq aylarda daha yüksək fəallıq göstərir. Bu viruslar soyuq və quru havalarda, həm də yüksək rütubətdə daha sürətlə yayılır.

Qeyd edək ki, koronavirusa ən çox yoluxanlar ABŞ, Braziliya, Rusiya, Hindistan və Böyük Britaniyadadır.


1073 oxunub

InvestAZ