XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Köhnəlmiş dərsliklərin taleyi necə olur? - RƏSMİ
Elm 14:16 / 02.07.2020

Təhsil Nazirliyi istifadə müddəti bitən dərsliklərin şagirdlər tərəfindən məktəblərə təhvil verildikdən sonra onların hansı məqsədlər üçün istifadə edilməsinə münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, qeyd edilib ki, "Kitabxana işi haqqında" qanuna görə köhnəlmiş və ya yararsız hala düşmüş kitabların qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxana fondundan çıxarılması kitabxananın malik olduğu əsas hüquqlardandır.

Qanunun bu müddəasına əsasən, köhnəlmiş və ya yararsız hala düşmüş dərsliklər şagirdlərdən toplandıqdan sonra onların məktəb - kitabxana fondundan çıxarılması (silinməsi) prosesi həyata keçirilir.

Daha sonra silinən dərsliklər təkrar xammal tədarükü ilə məşğul olan müvafiq təşkilatlara yönəldilir.


6330 oxunub

InvestAZ