XƏBƏR LENTİ
05 Avqust 2020
04 Avqust 2020
03 Avqust 2020



"Roy Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq"
İDMAN 13:46 / 02.07.2020

"Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinin Azərbaycan millisinin baş məşqçisi ola biləcəyi barədə məlumatlar vətəni İrlandiyada geniş yayılıb.

Qol.az xəbər verir ki, yerli mətbuat bir tərəfdən hesab edir ki, Kinin yığmamıza baş məşqçi təyin edilməsi olduqca real görünür. Onların fikrincə, əfsanəvi müdafiəçinin maddi ehtiyacını ödəmək üçün ölkəmizdə yaxşı imkan var. Amma digər tərəfdən ortaya belə sual qoyulur: Bəs, AFFA-ya qalmaqallı, məşqçilikdə ciddi uğuru olmayan biri lazımdırmı?

"Extra.ie” nəşri isə yazır: "Roy Kinin AFFA ilə danışıq aparmasının bir səbəbi var - neftlə zəngin olan Xəzər dövləti xərcləməyi və pul yatırmağı sevir. Bu, Kin üçün əla olacaq. O,heç bir müqavilə danışıqlarında aldanmır. Kin son on il ərzində baş məşqçi işləməsə də, qiyməti bir faiz dədüşməyib. Bəlkə də, buna görə çox təklif almır. Kin azərbaycanlılardan nə tələb etsə, bu, problem olmamalıdır. Əgər Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq".

Azərbaycanın idman uğurlarından bəhs edən nəşr millimizin Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal toplamasından da yan keçməyib: "Milli komandada çalışarkən klubdakı imkanlara sahib olmursan. Roy Kin beş il İrlandiya millisində köməkçi məşqçi kimi işləyib. İndi hər şey onun özünü birinci rolda göstərmək istəməsindən asılı olacaq. O, indiyədək ölkəsindən uzaqlaşmaq istəməyib. 2011-ci ildə İslandiyada işləməkdən imtina etdi. 2012-ci ildə Türkiyənin "Kasımpaşa” klubunun təklifini qəbul etmədi. Kinin demək olar ki, 49 yaşı var, mürəkkəb xarakterə malikdir. Bəlkə də belə xarakter milli komandalardakı oyunlara uyğun gəlir. Hər halda nəticədən asılı olmayaraq, Azərbaycan millisində işləmək Kin üçün yaxşı təcrübə olacaq”.

"The Irish Times" nəşri isə Roy Kinin Azərbaycandakı perspektivinə inanmır: "Bir çox məşqçi milli komandaya rəhbərlik etmək istəyir. Azərbaycanda dakifayət qədər yerli məşqçilərvar. Yəqin ki, Bakı Roy Kinin paltardəyişmə otağında futbolçularla necə mübahisə etməyindən və qalmaqallı açıqlamalarından xəbərsiz deyil. Futbol rəhbərləri başa düşürlər ki, Kinlə çətin olacaq və sadəcə, həyatlarını çətinləşdirmək istəmirlər.

Ehtimal olunur ki, Kin Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal toplayan məşqçidən daha uyğun hesab edilir. Ancaqindiki halda Kinin Azərbaycan millisi üçün ən uyğun namizədsayılması təəccüblü olardı".

Qeyd edək ki, İrlandiya millisinin sabiq üzvü 2011-ci ildən bəri baş məşqçi kimi işləməyib. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 49 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub (haqqın.az).



928 oxunub

InvestAZ