XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



Messi 700-cü qolunu vurdu, “Barselona” xal itirdi - VİDEO
İDMAN 10:22 / 01.07.2020

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura start verilib.

Oxu.Azxəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında son turda "Barselona” ilə oyunda bir xal qazanan "Selta” səfərdə "Malyorka”nın qonağı olub. Altı qolun vurulduğu oyunda meydan sahibləri darmadağına sevinib.

"Sevilya” da "Leqanes”lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Turnir cədvəlinin ikinci pilləsində yer alan "Barselona” ən yaxın izləyicisi "Atletiko”nu qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

Görüş həmçinin kataloniyalıların super ulduzu Lionel Messinin karyerasındakı 700-cü qolu vurması ilə əlamətdar olub.

İspaniya La Liqası

33-cü tur

30 iyun

"Malyorka” – "Selta” - 5:1

Qollar:Budimir, 13-pen; 52. Kuço, 27. Pozo, 40. Sevilya, 60 – Aspas, 50-pen.

"Leqanes” – "Sevilya” - 0:3

Qollar:Torres, 23; 35. El Haddadi, 82

"Barselona” – "Atletiko” - 2:2

Qollar:D.Kosta, 11-öz qapısına, Messi, 50-pen – Saul, 19-pen; 62-pen.



1103 oxunub

InvestAZ