XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



YUXUSUZLUĞUN ŞEİRİ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:50 / 29.06.2020

"Bir qadına..." silsiləsindən

Mən səhəri göy üzündə açmışam
Ulduzları saya, saya baxışla...
Hörüyünə bir bənövşə taxmışam -
Yuxudaydın... oyatmadım.. bağışla...

Özüm sanki, üzülmüş bir yarpağam
Duman qoymur sənə tərəf yar, baxam...
Nə əlim var, nə əlində yar , yaxam -
Seçəcəksən məni hansı naxışla?..

Məhəbbətdi ruhum - özəl mənbəyim
Təbiidi yana-yana sönməyim...
Qadağandı ürəyinə dönməyim -
Dönəcəyəm kipriyinə yağışla...


2554 oxunub

InvestAZ