XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020
02 İyul 2020



Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu keçib
DÜNYA 09:45 / 29.06.2020

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 189 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 28-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 189 077 nəfər yeni koronavirusa yoluxub, 4 612 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 843 073, ölənlərin isə 503 597 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 933 972 yoluxma və 117 178 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 656 437, ölənlərin sayı isə 196 541 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 024 222 yoluxma və 23 449 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


240 oxunub

InvestAZ