XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020
02 İyul 2020



Dilqəm Əsgərovun oğlu atasından narahatdır
DÜNYA 15:14 / 24.06.2020

Artıq 3 ildir atamı görmürəm və hazırda da onun durumu barədə məlumatımız yoxdur. Sonuncu dəfə atamdan 20 aprel tarixində məktub almışıq.

Bu barədə ermənilərin girov saxladığı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

K.Əsgərov qeyd edib ki, uzun müddətdir onlara atası ilə bağlı heç bir şəkil, video təqdim edilmir:

"Əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi atamın şəklini gətirirdi. Ancaq 3 ilə yaxındır ki, atamın necə olduğunu bilmirik. Bizə video da təqdim edilmir. Sonuncu dəfə atamdan 20 aprel tarixində məktub almışam. Məktubda qısa məlumat yazılmışdı. Bizə məktublar həmişə o məzmunda, qısa və eyni formada gəlir. Komitə atama baş çəkir, onun səhhəti ilə maraqlanır. Atamın səhhətində hansısa problem baş verərsə, əvvəlcədən qabaqlayıcı tədbirlər görürlər. Yaxınlarda atamla və digər girov Şahbaz Quliyevlə görüş olacaq. Ümid edirik, yaxın zamanlarda atamla bağlı həmişəki qısa məktubdan başqa şəkil və video da ala biləcəyik”.


701 oxunub

InvestAZ