XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020
02 İyul 2020



Kriminal avtoritetlərin “sxodka”sına basqın edildi - VİDEO
KRİMİNAL 10:50 / 24.06.2020

Rusiya asayiş keşikçilərinin Moskvanın şimal-şərqində keçirdiyi əməliyyat nəticəsində 30kriminal avtoritet saxlanılıb.

TASS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Qeyd olunur ki, Altufyevsk şosesində yerləşən kafelərin birində Qafqaz respublikalarından olan kriminal avtoritetlərin "sxodka”sı keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hadisə yerində əməliyyat keçirərək, 30 nəfəri saxlayıb.

Əməliyyat zamanı təhlükəsizlik xidmətinin əməkdaşlarına silahlı müqavimət göstərilib.

Saxlanılan şəxslərdən biri yaralanıb.


700 oxunub

InvestAZ