XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



GÜNÜN ŞEİRİ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:14 / 24.06.2020

("Yalnız ikimizə...." mövzusunda)

Canımda bir üşütmə var
Ağzımda dilim də əsir...
Rəngim sanki ağappaq qar -
Soyuq nəfəsimi kəsir...

bütün əzalarım yığılıb
büzüşmüşəm -
buzlu suya düşmüş
uşaq kimi...

İndi ruhum da sıxılıb -
ehtiyacım var oda -
bir çapba araq kimi...

canımdakı soyuğu
gün işığı
isitmməyəcək...
özün
qoynunda aç yerimi -
xəlvət gələcəm,
heç kim bilməyəcək-
soyuqdan
qorxmursan ki?..


676 oxunub

InvestAZ