XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



KEÇİR - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:30 / 26.05.2020

"Özümdən özümə" yazdıqlarımdan

Elə maraqsız olmuşam -
Külək də baxmayıb keçir...
ƏIlimi açdığım bulud -
Üstümə yağmayıb ...keçir...

Xəyalın çapan, ümidi
Tanrısın tapan ümidi...
Eləyib sapand, ümidi -
Bir daşa bağlayıb...keçir!

Bu halımı əzəl bilən
Məni sözdə , özəl bilən -
Dünənimi gözəl bilən -
Acıyıb, ağlayıb keçir...

Son gilədi üzə düşən
Axıb ordan dizə düşən...
Bu da odur - üzə düşən -
Nəfəsin saxlayıb...keçir...


808 oxunub

InvestAZ