XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



"AFFA bizə yardım etməyəcəyini dedi" - "Qəbələ"nin prezidenti
İDMAN 17:43 / 19.12.2019

"Qəbələ" İdman Klubu və "Jalə" şirələri arasında sponsorluq müqaviləsi imzalanıb.

Yenises.az sportal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Fariz Nəcəfovmətbuat konfransında əməkdaşlıqla bağlı fikirlərini bildirib və klubun gələcəyindən danışıb:

"Son dönəmdə klubun maliyyə durumu ilə bağlı KİV-də söz-söhbət gəzirdi. "Qəbələ"nin baş sponsoru "Gilan"dır. Büdcə ilə bağlı rəsmi bildiriş olmasa da, şifahi şəkildə bildirilmişdi ki, xeyli azalma olacaq. "Gilan"ın nəzdində olan, ancaq müstəqil marketinq fəaliyyəti aparan sponsorlarla görüşmüşdük. İndi isə "Jalə" ilə əməkdaşlıq edəcəyik. Əlavəşirkətlərlə də danışıqlar gedir. Komandamız fəaliyyətini davam etdirəcək.

Nəcəfov AFFA-nın "Qəbələ"yə kömək edə bilmədiyini sözlərinə əlavə edib:

"AFFAbəzi klublara tam, bəzilərinə müəyyən mənada himayədarlıq edir. Qurumun baş katibi Elxan Məmmədovla müzakirə etmişdik. Müraciətimizin əsas məqsədi büdcə ilə bağlı idi. Federasiya bizə heç bir yardım göstərə bilməyəcəyini söylədi. İcraiyyə Komitəsində məsələnin necə müzakirə olunduğunu bilmirik. Sadəcə, bizə bildirdilər ki, yardım edə bilmirik. Sponsor axtarışlarımız bəhrə verdi. "Qəbələ"nin dağılması Azərbaycan futboluna zərbə ola bilərdi".


10653 oxunub

InvestAZ