XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı
Gündəm 12:23 / 25.05.2020

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən Yenises.az-a verilən məlumata görə, təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.


830 oxunub

InvestAZ