XƏBƏR LENTİ
04 İyul 2020
03 İyul 2020



Sevil və Sevinc restoran açırlar - VİDEO
Şou biznes 12:33 / 25.05.2020

"Ruletlər bişirib "Instagram”da satırıq. Bir ruletin qiyməti 20 manatdır”.

Oxu.Azxəbər verir ki, bu sözləri şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevinc Səfərovalar "ATV Maqazin 10larla” proqramında deyiblər.

Adlarını şou-biznesdə təsdiqləyən müğənnilər, qənnadçılığa baş vurublar: Sevinc bu barədə fikirlərini bölüşüb:

"Ruletlərin hazırlanmasına ərzaqlar çox gedir - istər ədviyyat olsun, istərsə də kərə yağı. Butik restoran açmaq niyyətindəyik. Orada müştərilərə ev yeməkləri təqdim olunacaq. Həmin yeməkləri də bacım Sevil bişirəcək. Menyuda əsas da sarı plov olacaq”.

Sevil də öz aşpazlıq qabiliyyətindən danışıb:

"Bəzi aşpazlar kimi bişirdiyim təamların reseptlərini bölüşməyəcəyəm. Öləndə də onların bişirilmə qaydasını özümlə aparacağam”.

Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacılarının şəhərin mərkəzində ayaqqabı butikləri və gözəllik salonları var.



761 oxunub

InvestAZ