XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



Rusiyalı biznesmen öz mənzilində azərbaycanlını qətlə yetirdi
KRİMİNAL 12:19 / 25.05.2020

Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı azərbaycanlı qətlə yetirilib.

Konkretno.ru xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda rus biznesmen tərəfindən törədilib.

Belə ki, mayın 23-də tikinti-montaj işləri ilə məşğul olankommersiya firmasının rəhbəriAsafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti olduğu haqqında məlumat verib. Hadisə yerinə gələn tibb işçiləri vəpolislər mənzildə döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan kişi meyiti aşkarlayıblar.

Çox keçmir ki, biznesmen qətli törətdiyini etiraf edir. Firmanın rəhbəri deyib ki, qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib.

Müstəntiqlərhadisə yerindən mərhum azərbaycanlınınyeddisınmış dişini vəcinayətdə istifadə olunan bıçağı tapıblar.


776 oxunub

InvestAZ