XƏBƏR LENTİ
05 İyul 2020
04 İyul 2020
03 İyul 2020



TANRIMA SƏHƏR DUASI - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:14 / 25.05.2020

"İçimdəki pıçıltılardan" silsiləsi

İçimdə bir qəriblik
Bir susqun ümid sönür...
İlahi,ətəyindən -
Əllərim bomboş dönür...

Yalvarmağım havada
Dualarım diz altda...
Bu necə Tanrılıqdı -
Əl havada - biz, altda?!

Anlamıram heç nəyi,
Heç kim də məni duymur...
Tək Sənə ibadətdən -
Hələ ki, ruhum doymur...

Xilas da, son da Səndə
Bəndənə zaman ayır...
Bilirəm, əl açan çox -
Hamı da növbə sayır...

İlahi, öz lütfündən
Ümidimə bir qor at!
Ya ona sevməg öyrət,
Ya məni ilğıma qat!...


1225 oxunub

InvestAZ